DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün növbəti oyunlar baş tutub.

Offsideplus.az xəbər verir ki, E qrupunda Türkiyə millisi evdə Bolqarıstanla qarşılaşıb.

Oyun Türkiyə yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında İspaniya səfərdə Gürcüstana 4 cavabsız qolla məğlub edib.

Hazırda İspaniya 15 xalla qrupun lideridir. Türkiyə 12 xalla ikinci, Gürcüstan 3 xalla üçüncü, xalı olmayan Bolqarıstan isə sonuncu pillədə qərarlaşıb.