Almaniya yığması bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqla qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "bundestim" bu oyunda kapitanı Yozua Kimmixdən yararlana bilməyəcək. O, məşqdə topuğundan zədələnib.
Bu görüşə Almaniya milli komandasını kapitan kimi Conatan Ta çıxaracaq.
Qeyd edək ki, Lüksemburq - Almaniya oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



