Bu gün DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə növbəti matçlar oynanılacaq.

Offsideplus.az xəbər verir ki, yığmamızın mübarizə apardığı D qrupunun digər görüşündə Fransa Ukraynanı qəbul edəcək. 

Didye Deşamın komandası bu görüşdə qələbə qazanarsa, qrupu lider bitirməyi təmin edəcək.

Günün maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq. İngiltərə yığması Serbiya ilə üz-üzə gələcək.

İngilislər qrupda liderliyi təmin edib. Serblər isə bu görüşdə qələbə qazanaraq ikincilik üçün şanslarını davam etdirmək istəyirlər.

İtaliya yığmasının səfərdə Moldovanın qonağı olacaq. Cennaro Qattuzonun yetirmələrinin bu görüşdə 3 xal qazanmaqdan başqa şansı yoxdur.

Bu qrupun lideri Norveç isə Estoniyanı qonaq edəcək.

DÇ-2026, seçmə mərhələ

13 noyabr (cümə axşamı)

D qrupu

21:00 Azərbaycan - İslandiya

23:45 Fransa - Ukrayna

1. Fransa - 10 xal, 2. Ukrayna - 7 xal, 3. İslandiya - 4 xal, 4. Azərbaycan - 1 xal.


F qrupu

21:00 Ermənistan - Macarıstan

23:45 İrlandiya - Portuqaliya

1. Portuqaliya - 10 xal, 2. Macarıstan - 5 xal, 3. İrlandiya - 4 xal, 4. Ermənistan - 3 xal.

I qrupu

21:00 Norveç - Estoniya

23:45 Moldova - İtaliya

1. Norveç - 18 xal, 2. İtaliya - 15 xal, 3. İsrail - 9 xal, 4. Estoniya - 4 xal, 5. Moldova - 1 xal.

K qrupu

23:45 İngiltərə - Serbiya

23:45 Andorra - Albaniya

1. İngiltərə - 18 xal 2. Albaniya - 11 xal, 3. Serbiya - 10 xal, 4. Latviya - 5 xal, 5. Andorra - 1 xal.