İtaliyanın “Milan” klubunun keçmiş sahibi Yonghong Li 250 milyon avro məbləğində borca görə Honq-Konq məhkəməsinin qərarı ilə müflis elan olunub.

Offsideplus.az xəbər verir ki, xarici mediada yer alan xəbərlərə görə, kreditorlar ona qarşı hüquqi prosesi davam etdirirlər. Onun “Milan”ın satın alınması zamanı istifadə etdiyi holdinq şirkətlərindən birinin ləğvi ilə bağlı ilk məhkəmə iclası 2026-cı ilin yanvar ayında keçiriləcək.

Xatırladaq ki, Yonghong Li 2017-ci ildə “Milan” klubunu “Fininvest” şirkətindən almış, lakin qısa müddət sonra maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün klubu “Elliott Management” fonduna təhvil verməyə məcbur olmuşdu.