Azərbaycan Premyer Liqasının 10-cu turunun “Keşlə” ilə oyununda 1:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 20-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Belə ki, cari mövsümədək 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. Paytaxt təmsilçisinin yubiley qoluna Mirabdulla Abbasov imza atıb.
Azərbaycan çempionatlarında ən çox qol vuran komanda olan “Neftçi” 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib. (PFL)