"Benfika" Dodi Lukebakionu transfer edib.

Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi 27 yaşlı futbolçu üçün 22 milyon avro ödəyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lukebakio 2 mövsümdür "Sevilya"da çıxış edirdi. O, İspaniya klubunda 67 oyuna çıxıb və 17 qol vurub.

Qeyd edək ki, "Benfika" "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibidir.