Azərbaycan Premyer Liqasının 9-cu turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin dublu ilə əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan müdafiəçi bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib.
Bu, son iki ildə Premyer Liqanın ən erkən dubludur. Ölkə çempionatları tarixində matçın əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabo olub.
Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib. Şəhriyardan 777 gün əvvəl - 2016-cı il sentyabrın 10-da keçirilən matçda ümumilikdə 3 top vuran hücumçu 8:0 hesablı qələbədə pay sahibi olub.