Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" transfer əngəli ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, qərar İngiltərə Futbol Liqası (EFL) tərəfindən verilib.
Buna "şirlər"in Premyer Liqa klubuna 1 milyon funt-sterlinqlik ödəməni gecikdirməsi səbəb olub.
Qeyd edək ki, "Hall Siti" başa çatan mövsüm Çempionşipi 49 xalla 24 komanda arasında 21-ci yerdə bitirib. Onlar aşağı liqaya yuvarlanmaqdan son anda qurtulub.


