"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Fransa davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "Monako" gənc oyunçunu transfer etməyi planlaşdırır. Onun keçidi satınalma şərti ilə birlikdə icarə əsasında baş tutacaq.
Tərəflər arasında son danışıqlar gedir.
"Barselona" yetirməsi olan Fati cari mövsümdə cəmi 11 oyunda meydanda ola bilib.
Transfermarkt portalına görə onun dəyəri 5 milyon avrodur.



