FIFA rəhbərliyi bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında mükafat fondunun bölünmə mexanimzini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, yarışın ümumi mükafat fondu 1 milyard ABŞ dolları təşkil edir.

Bu məbləğin 475 milyonu idman nəticələrinə, 525 milyonu isə iştiraka görə klublara paylanacaq.

Klublararası dünya çempionatının qalibi 125 milyon dollar qazanacaq. 

Qalan məbləğ isə nəticələrdən və klubların reytinqindən asılı olaraq bölünəcək.

Təkcə iştiraka görə UEFA təmsilçilərinin hər biri 12,81 milyondan 38,19 milyon dollara qədər mükafat əldə edəcək. Cənubi Amerika klublarına 15,21 milyon, qalanlarına isə 9,55 milyon dollar veriləcək. 

Qeyd edək ki, klublararası dünya çempionatı 15 iyun - 13 iyul aralığınd ABŞ-da gerçəkləşəcək.