Braziliya milli komandasının baş məşqçisi postuna namizədlərin adları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, dünən istefaya göndərilən Dorival Juniorun yerini tutmağa ən real namizəd Madrid "Real"ının çalışdıcırısı Karlo Ançelottidir.

Bundan başqa, "Əl-Hilal"dan Jorje Jezuş boş qalmış baş məşqçi postunu tuta bilər.

Amma siyahıda sürpriz isim də var. Söhbət "Mançester Siti"də uğursuz mövsüm keçirən, Çempionlar Liqasının 1/16 final mərhələsində mübarizəni dayandıran və İngiltərə Premyer Liqasında çempionluğu əldən buraxan Xosep Qvardioladan gedir. İspan çalışdırıcının mövsümün sonunda klub tərk edəcəyi barədə ehtimallar əvvəllər də tez-tez səsləndirilib.

Bildirilir ki, Qvardiola Brazliya yığmasından gələcək təklifə açıqdır. Ümumiyyətlə, məşqi bu ölkəyə xüsusi sevgi bəsləyir.

Qeyd edək ki, Dorival Junior 2024-cü ilin yanvarından Braziliya milli komandasında baş məşqçi işləyirdi. O, dünya çempionatının seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətən sonra istefaya göndərilib.