2023-cü ilin oktyabrında futboldan uzaqlaşdırılan Pol Poqba məşqlərə başlayıb.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu ABŞ-ın "İnter Mayami" klubunun düşərgəsində fiziki formasını bərpa etməyə çalışır.

Bu barədə yarımmüdafiəçi sosial media hesabında məlumat verib: "Biz artıq Mayamidəyik. Mümkün qədər tez forma yığmaq istəyirəm".

Xatırladaq ki, dopinq istifadə etdiyinə görə 4 il diskvalifikasiya edilən Poqbanın cəzası sonradan 18 aya endilirib. Cəza müddəti martın 11-də başa çatan "Yuventus"un keçmiş futbolçusu ilə bir neçə klub maraqlanır.