Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu

Oyun - "Gimaraynş" - "Fiorentina"

Təxmin - Cüt şans - Bərabərlik və ya Fiorentina - Əmsal 1,29

Konfrans liqasında günün daha bir maraqlı oyununda “Vitoriya” və “Fiorentina” kollektivləri qarşı-qarşıya gələcək. Hər iki komandanın birbaşa 1/8 finala yüksəlməsi real görünür. Portuqaliya klubu hər 2 ev oyununda qalib gəlib. Keçən turda LASK üzərində 7:0 hesablı qələbə qazanan flarensiyalılar isə iddiasını ortaya qoydu. Bu matçda qonaqların uduzmayacağını düşünürəm.

2. Ekspert - Fərid Ramazanov

Oyun - "Çelsi" - "Şemrok"

Təxmin - Alt/Üst 2,5 + Hər iki komanda qol vuracaq - Üst və Xeyr - Əmsal 2,09

UEFA Avropa Konfrans Liqasında İngiltərəni təmsil edən "Çelsi" liqa mərhələsinin 6-cı turunda doğma "Stamford Bridge" stadionunda İrlandiya klubu "Şemrok Rovers"lə qarşılaşacaq. "Çelsi" turnirin əsas favoritlərindən biridir və xal itirmədən stabil çıxış edir. Entso Mareskanın komandası geridə qalan 5 oyunun hamısında qələbə qazanıb və 15 xalla turnir cədvəlinə başçılıq edir. Əslində "Şemrok Rovers"in də vəziyyəti yaxşıdır. İrlandiyanın ən titullu klubu olan "Şemrok Rovers" geridə qalan 5 oyunda məğlub olmayıb və aktivində olan 11 xalla turnir cədvəlində 6-cıdır. Son zamanlar əla formada olan "Çelsi"nin bu görüşdə qol buraxmadan qalib gəlməsini və oyunun 2.5 ÜST yekunlaşmasını təxmin edirəm.

3. Ekspert - Tural Dadaşov

Oyun - "Yurqorden" - "Legiya"

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,53

UEFA Konfrans Liqasının Liqa mərhələsinin 6-cı turunda Polşanın "Legiya" klubu İsveçdə "Yurqorden"in qonağıdır. Hazırda 12 xalı olan "Legiya" 4-cü sıradadır. "Yurqorden"in hesabında isə 10 xal var. "Legiya" daxili arenada ardıcıl 2 qələbədən sonra axırıncı oyununda evdə İsveçrənin "Luqano" klubuna 1-2 hesabı ilə uduzub. "Yurqorden" isə ötən ay yekunlaşan İsveç çempionatında 4-cü yeri tutub. İsveçlilər Konfrans Liqasında son 3 görüşü qələbə ilə başa vurub. Bu qarşılaşmada hər iki komandanın qol vuracağını təxmin edirəm.

Maraq üçün bildirək ki, dünən təqdim etdiyimiz oyunların nəticələrinində 100 faizlik nəticə əldə etmişik. 

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...