Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.
Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun - "Arsenal" - "Kristal Palas"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Arsenal" - Əmsal 1,42
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsi həyəcanı davam edir. Günün maraqlı matçlarından biri Londonda keçiriləcək. Turnirin favoritlərindən “Arsenal” öz meydanında “Kristal Palas” ilə üz-üzə gələcək. Çempionatda lider “Liverpul”un xal itkisindən faydalana bilməyən Artetanın komandası Liqa Kubokunda irəliləmək istəyir. Nəzərə alsaq ki, tur bir matçdan ibarətdir, o zaman “Arsenal”a bu oyunda güvənməyə dəyər.
2. Ekspert - Fərid Ramazanov
Oyun - "Real" - "Paçuka"
Təxmin - Alt/Üst 3,5 - 3,5 Alt - Əmsal 1,57
FİFA Qitələrarası Kubok turnirində final matçı keçirilir. Qətərdə "Lusail İconic Stadium"da UEFA Çempionlar Liqasının qalibi "Real Madrid" və Konkakaf turnirin çempionu "Paçuka" klubları titul uğrunda mübarizə aparacaqlar. "Real Madrid"in heyətində ciddi itkilər var. Zədəli futbolçuların sırasına Kilian Mbappe də qoşulub. Fransa millisinin üzvü böyük ehtimalla bu finalda iştirak etməyəcək. "Kral klubunda" əhval-ruhiyyə də çox da yaxşı deyil. Komanda bu oyun öncəsi İspaniya La Liqasında "Rayo Valyekano" ilə 3-3 hesablı heç-heçə etdi. "Paçuka" isə əksinə yaxşı formadadır. Meksika təmsilçisi bu il iyun ayında Konkakaf turnirində finalda MLS təmsilçisi "Kolambus"u 3:0 hesabı ilə məğlub edərək titul qazanmışdı. FİFA Qitələrarası Kubokunda isə "Paçuka" mübarizəyə daha erkən qoşuldu, əvvəlcə Libertadoresin qalibi "Botafoqo"nu 3:0 hesabı ilə məğlub etdi, ardınca isə yarımfinalda Misir təmsilçisi "Əl Əhli"ni penaltilər seriyasında üstələdi və finala adladı. Final matçının gərginliyini nəzərə alaraq bu görüşdə az qolun vurulmasını gözləyirəm. Proqnozum 3.5 ALT-dır.
3. Ekspert - Tural Dadaşov
Oyun - "Atalanta" - "Çesena"
Təxmin - Oyun Nəticəsi 1X2 + Alt/Üst 2,5 - Üst və "Atalanta" - Əmsal 1,60
İtaliya Kubokunun 1/8 finalında "Atalanta" "Çezena"nı qəbul edir. Meydan sahibləri 16 turdan sonra 37 xalla A seriyasının lideridir. "Çezena" isə B Seriyasında 17 oyundan 25 xal toplayaraq 4-cü pillədədir. Əla mövsüm keçirən "Atalanta" bütün yarışlarda son 15 matçda 13 qələbə qazanaraq cəmi 1 oyunda məğlub olub. "Çezena" isə son 4 turda 4 xal qazana bilib. Aşkar favorit olan "Atalanta"nın bu qarşılaşmada qələbəsi ilə yanaşı 2.5 üst nəticəni təxmin edirəm.
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...