Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, oktyabrın 23-də Bazeldə reallaşacaq görüşü xorvatiyalı, noyabrın 6-da Bakıda baş tutacaq matçı isə qazaxıstanlı referi idarə edəcək..
Qeyd edək ki, səfərdəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.
23 oktyabr
21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
"St. Yakob-Park" stadionu.
6 noyabr
18:00.“Sabah” – “Bazel”
Baş hakim: Omarov Rustam (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)
"ASCO Arena".