AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədi Olimpiya İdman Kompleksində D kateqoriyalı məşqçi kurslarına start verilib.
Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslara 20 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov iştirakçıları ilkin futbol bilikləri haqqında məlumatlandırıblar.
Qeyd edək ki, kurs 3 gün davam edəcək