“Yuventus”un futbolçusu Kriştiano Ronaldo qalmaqalla üzləşib.
Offsideplus.az xəbər verir ki, Ronaldo zorlamada ittiham olunur. 34 yaşlı Ketrin Mayorq iddia edir ki, futbolçu onu 2009-cu ildə zorlayıb. Hadisə Las-Veqasda baş verib. Ketrinin iddiasına görə, Ronaldo razılıq almadan onunla sekslə məşğul olub. Daha sonra futbolçu bu hadisə barədə susması üçün Ketrinə 323 min avro ödəyib.
Ronaldo isə onun ittihamlarını rədd edir. Portuqal futbolçu bildirib ki, seks qarşılıqlı razılıq əsasında olub: "Artıq belə hallara öyrəşmişəm. Adımdan istifadə edərək məşhurlaşmaq istəyirlər".