Liqa 1-də son turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, mövsümün bombardiri Kilian Mbappe olub. PSJ-nin hücumçusu 29 matçda 27 qol vurub. İkinci "Lill"in hücumçusu Conatan David (33 matçda 19), üçüncü "Lion"un hücumçusu Aleksandr Lakazett (28 matçda 18) olub.
Mövsümün ən yaxşı assistenti parisli cinah oyunçusu Osman Dembele olub - 26 oyunda 8 məhsuldar ötürmə. 31 oyun keçirən "Lill"in yarımmüdafiəçisi Anxel Qomes və 33 matçda iştirak edən "Brest"in yarımmüdafiəçisi Romain Del Kastilyo eyni sayda məhsuldar ötürmə edib.



