"Real Madrid"in yarımmüdafiəçisi Aurelien Tçuameni Dortmund "Borussiya"sı ilə qarşılaşacağı Çempionlar Liqasının final matçını buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca"nın jurnalisti Xose Feliks Diaz məlumat verib.

Fransız futbolçuya sol ayağından zədə diaqnozu qoyulub. Tçuameni Çempionlar Liqasının yarımfinalının “Bavariya” ilə cavab oyununda (2:1) xəsarət alıb.