“Sumqayıt”ın ev oyunlarını keçirdiyi stadionda təmir işləri davam edir. 

 

 Offsideplus.az xəbər verir ki, artıq əsas meydançanın qum və toxum səpimi yekunlaşıb. Arxa hissədə nəzərdə tutulmuş süni örtüklü köməkçi meydançanın isə örtüyü artıq döşənib. Yaxın günlərdə həmin meydanın tam hazır vəziyyətə gətiriləcəyi gözlənilir.