“Sportinq”də məni yaxşı tanıyırlar”

 

 Offsideplus.azxəbər verir ki, Slavçev ölkə mətbuatına müsahibə verib.

“Sportinq” azarkeşləri məni yaxşı tanıyırlar. Onların hamısı mənim hansı istedada sahib olduğumu bilirlər. Ancaq “Sportinq”də mənə şans verilmədi. Ora mənim üçün çox iddialı klub idi. Məni dəfələrlə istəmədiyim klublara icarəyə verdilər. Orayla bağlı heç də yaxşı xatirələrim olmadı.”

Slavçev Azərbaycan Premyerler Liqası və “Qarabağ” barəsində də danışıb.

“Qarabağ”da xoşbəxtəm. Burada gördüyümüz yaxşı işlər var. Rəhbərlik və azarkeşlər mənə hörmət edirlər. Əvvəlki klubumda isə belə şey yox idi. Çempionat haqda onu deyə  bilərəm ki, 8 klub olsa da, çox maraqlı keçir. Stadionlar kiçik və yenidir.Hamısı yaxşı vəziyyətdədir”.