"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 13-cü turunun "Qarabağ"la oyunundan (3:1) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib:
"Bu gün oyuna hücumçusuz başladıq. İstəyirdik ki, ilk dəqiqələrdə "Qarabağ"ın təzyiqinin qarşısında dayanaq, tez qol buraxmayaq. Qol tez oldu. Pedro Nuno epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Gözləmirdik ki, onlar meydana əsas heyəti ilə çıxacaq. "Qarabağ"In bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına çox çətindir. "Qarabağ"a qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər. Rotasiya etməyə imkan yox idi. İlk yarıya hücumçumuz çıxdıq. Ona görə ilk yarıda hücumda oyunumuzu tuta bilmədik. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadıq. İrəli baxmalıyıq. Qabaqda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik".