Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün UEFA Millətlər Liqasında 4-cü turun oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 3-cü qrupunda Monteneqro ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mana Mollayeva (58-ci dəq), Nazlıcan Parlak (62) və Ayşən Əhmədova (84) vurublar.
Bu komandaların Monteneqroda keçirilən ilk görüşündə də yığmamız qalib gəlmişdi (1:0).
Qeyd edək ki, Azərbaycan millisi bu qələbə sayəsində xalını 10-a (4 oyun) yüksəldib və liderliyini gücləndirib. Monteneqro isə 4 oyundan 6 xalla 2-cidir. Kipr 3 oyundan 3 xalla 3-cü, Farer adaları (0 xal) 4-cü yerdədir.