Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan seçməmiz 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.

Millimiz Millətlər Liqasında növbəti oyununu oktyabrın 31-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.