Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.