“Qarabağ”ın prezidenti Tahir Gözel baş məşqçiləri Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi” - deyə T.Gözel qeyd edib.
O, “Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: “Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.