Ötən gün Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 5-ci oyununa çıxıb.
Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə qarşılaşıb. Tallində keçirilən görüşdə Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib.
Məhz bu millimizin 73 ay sonra seçmə mərhələdə qazandığı ilk qələbə olub. De Byazinin oyundan sonra keçirilən mətbuat konfrasında qalmaqal yaşanıb.
Belə ki, millimizin baş məşqçisi həmkarımızın "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki, çoxdandı belә zәif rәqiblә oynamamışdıq..." fikirlərinə qəzəblənərək "siz sevinməyi bacarmırsınız" deyərək əsəbi halda konfransı erkən tərk edib.
Offsideplus.az saytı məsələ ilə bağlı bir neçə idman jurnalistlərinin fikirlərini öyrənib.
Kənan Məstəliyev, (Rekord.az): "Düz söz acı olur. Baş məşqçinin hirslənməsinə heç bir səbəb yoxdur. Biz nə vaxt qələbə gördük ki, sevinək? Orta hesabla altı aydan bir qələbə qazanır, bunu da gözümüzə soxmağa çalışır. Azərbaycan futbol ictimaiyyəti ağılsız, savadsız deyil. Bilirlər ki, hal-hazırda De Byazinin əlində olan yığma komanda daha böyük uğur qazana bilər. Estoniya ilə oyundakı qələbəni böyütməyə ehtiyyac yoxdur. Mətbuat konfransındakı jurnalistlər doğru vurğulublar ki, FİFA reytinqində bizdən 20 sıra geridə olan milli ilə 6-7 futbolçu ilə müdafiə olunmalı deyilik. İtalyalı mütəxəssis baş verənlərdən nəticə çıxarmalıdır. Dünənki oyunda heyət seçimində də problem var idi. Sadəcə meydana çıxan futbolçular mübarizə nümayiş etdirdilər ki, yığmamız növbəti məğlubiyyəti yaşamasın. Qələbə də De Byazinin də əməyi var. Amma bu həll edici rol deyil. Canni De Byazi növbəti konfranslarda belə suallara hazır olmalıdır".
Emin Abbasov (Sportal.az): "Nə De Byazi, nə də ölkəmizə gələn əcnəbi baş məşqçilər Azərbaycanı bizdən daha çox sevə bilməz. Millimizin uğuru da, uğursuzluqu da bizimdir. De Byazi kimi legionerlər gəldi gedərdir. Mətbuat konfransında yaşananlarda baş məşqçi səbirli davranmalı idi. De Byazi Estoniya üzərində qələbəyə xüsusi təmtəraqla sevinməyi gozləyirdisə, bu, yanlış düşüncədir. Nəzərə almalıyıq ki, Estonlar üzərində qələbə bizim qrupda sonuncu olmamağımıza şans yaradır. Bele nəticəni qazanmaq üçün De Byazini və yaxud digər xarici baş məşqçini bura dəvət etməyə ehtiyac yoxdur. Belə nəticəni yerli məşqçilərimizlə də qazana bilərdik. Ümumiyyətlə, İtaliyalı mütəxəssisin yaşı, təcrübəsi az deyil. Özü də bilməlidir ki, PRO kateqoriyalı məşqçilərə mətbuat konfransında jurnalistlərlə necə davranmaları barədə tövsiyələr olur, seminarlar keçirilir. De Byazi jurnalistərin sualları ilə razı deyilsə belə, daha təmkinli, diplomatik cavab verə bilərdi. Belə görünür ki, De Byazi bu günə qədər mətbuat konfranslarında təzyiqlərnən çox üzləşməyib. Ölkəmizə gələn əcnəbi məşqçi həmin basqını hiss eləməlidir. Başa düşməlidir ki, hamı ondan daha yaxşı nəticə gözləyir. Canni De Byazinin iradları haqsızdır. Düzdür, qələbə qazanmışıq, bununla bağlı təbrik düşür. Amma, Estoniya yığması üzərində qalibiyyətə görə bayram eləməli deyilik. Ağıllı məşqçi jurnalistlə polemikaya girməməlidir. Bu, dünyada görünən tendensiyasıyadır".
Elçin Cəlilov (Futbolpress.az): Bəzən jurnalist quruluşundan asılı olmayaraq emosional sual verə bilər. Sualın ünvanlandığı şəxs peşakarlığını cavabı ilə göstərir. De Byazinin qeyri-peşəkar olduğunu düşünmürəm. Sadəcə indiyə kimi, xüsusi ilə də səfər oyunlarındakı mətbuat konfranslarında mütəxəssisə bu cür suallar veriləcək perispektiv yox idi. Buna görə də həm oyundan öncə, həm də oyun sonrası mətbuat konfranslarında gözləmirdi ki, sualların tərkibi, emosianal dərəcəsi belə ola bilər. Oyundan sonrakı mətbuat konfransını millinin sözçüsü Elnur Məmmədli erkən sonlandırsa da, amma De Byazi özü də otağı tərk etmək istəyirdi. Oyundan əvvəl mətbuat konfransında sualların çoxunun tənqidi olması vəziyyətin belə olmasına səbəb oldu. Sualların çoxu milli komandamızın gözləntiləri qarşılaya bilməməsi, inkişafın görünməməsi yönündə oldu. Belə suallara görə İtaliyalı baş məşqçinin səbr kasası dolmuşdu. Estoniya üzərində qələbədən sonra belə sualların olmayacağını gözləyirdi. Estoniya millisi ən pis dövrünü yaşayır. Ümumiyyətlə Estoniya futbolu bizdən üstün deyil. Ona görə də qələbəni şişirtməyə dəyməz. De Byazi bir az da şouya yönəldi ki, gələcəkdə suallar bu yöndə verilməsin. Məncə Canni De Byazinin millimizdə gələcəyi olmayacaq.
Ceyhun Rzayev: (ATV) "Estoniyaya qalib gəslək də , etiraf etməliyik ki, Azərbaycan çoxdandır belə zəif komada ilə oynamamışdı... De Byazi bu suala əsəbiləşib. Sualda həqiqət payı çoxdur. Bir komandankı lideri 40 yaşlı Konstantin Vasilyevdir. Elə təkcə bu fakt hər şeyi çılpaqlığı ilə üzə çıxarır. Biz estonları Bakıda da məğlub etməliydik. İki yığma arasında oyunçu potensialında ciddi fərq var. Bizim futbolçular daha keyfiyyətlidir".
Nuh Tarverdiyev