"Beşiktaş"ın keçən mövsüm "Alanyaspor"dan sərbəst qalma müddəti məbləği ödəyərək heyətinə qatdığı Vaqner Lava azarkeşlərdən təpkilər gəlməkdə davam edir.
Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, ondan gözlənilən çıxışı göstərə bilməyən futbolçu ötən həftə "Bursaspor"la oyunda da əsas heyətdə yer ala bilməyib. Bunun ardından futbolçu həyat yoldaşı Lene Pireslə birgə Yunanıstana dincəlməyə gedib. "İnstagram" hesabından paylaşılan fotolara azarkeşlər "Geri qayıt Vaqner!", "Yataraq pul qazanır", "Beşiktaş"ı təhqir edir" kimi rəylər yazıblar.