Avro-2024-ün seçmə mərhələsində keçirilən Estoniya - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransında qalmaqal baş verib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistin "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki, çoxdandı belә zәif rәqiblә oynamamışdıq..." fikirlərinə qəzəblənib. Suala əsəbi cavab verən De Byazi konfransı erkən tərk edib.
Azərbaycan yığması Estoniyanı 2:0 hesabıyla məğlub edərək, seçmə mərhələdə ilk qələbəsini qazanıb.(futbolpress.az)