AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan matçı öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Estoniya ilə Bakıdakı ilk oyunun birinci hissəsində yaxşı çıxış etməmişdik. İkinci hissədə isə tam fərqli oyun nümayiş etdirmişdik. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və ya heç-heçə etmək istədiyini demir. Sabah çox ağıllı oynamalıyıq.
Son bir ildə 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs olmalıdır”.