Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasında 9-cu turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçında meydan sahiblərinin azarkeşləri stadionu tərk ediblər.
Belə ki, "Forza Neftçi" fan klubunun üzvləri polis əməkdaşlarının onlara pankart açmağa icazə vermədiyi üçün tribunaları tərk ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı, polis mayoru Anar Qafarov Offsideplus.az-a açıqlamasında bildirdi ki, bu addım stadiona toplaşan digər azarkeşlərin təhlükəsizliyi məqsədilə atılıb:
"Kütləvi idman oyunlarında azarkeşlərin təhlükəsizliyi məqsədilə hansısa şüar, çağırış olan bannerlərin qaldırılmasına icazə verilmir. Oyunlarda ictimai qaydanın mühafizəsi şərtsiz tələbdir. Tərəflər arasında hər hansı gərginliyin yaranmasına səbəb ola biləcək hallar xidmətə cəlb edilən əməkdaşların fəaliyyətinin əsas hissəsi olmaqla diqqət mərkəzində saxlanılır".
Bildirək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Qarabağ" 1:0 hesabıyla öndədir.
Daşqın Əziz