Adama Diakabinin "Qarabağ"dan ayrılacağı gözlənilir.

Offsideplus.az saytına verilən məlumata görə, ayrılıq qış fasiləsindən də tez başa tuta bilər. Məsələ burasındadır ki, futbolçu hazırda özünə komanda axtarır. O, özü üçün münasib variant taparsa, “Qarabağ”dan gedəcək. Ayrılığın hətta bu ay baş tutması gözlənilir.

Çünki futbolçunun xidmətində maraqlı olan klublar var. Ağdam təmsilçisi yarımmüdafiəçinin başqa komandaya keçidinə maneə yaratmayacaq. Qeyd edək ki, Diakabinin “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.