Tez-tez Azərbaycan milli komandalarının ev oyunlarını keçirdiyi "Dalğa Arena"nın ot örtüyü bərbad durumdadır.
Təsadüfi deyil ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bir neçə gün öncə yığmamızla qarşılaşan (0:1) Belçika millisinin baş məşqçisi Domenike Tedesko da arenanın qazonunun acınacaqlı durumundan şikayətlənmişdi.
Fəqət məsələ ilə bağlı AFFA tərəfindən hələ də addım atılmır.
Offsideplus.az-ın məlumatına görə, meydançadakı problemin həlli üçün heç bir tədbir görülmür.
Qeyd edək ki, Azərbaycan millisi bu axşam yoldaşlıq oyunu çərçivəsində "Dalğa Arena"da İordaniya ilə qarşılaşacaq.
Offsideplus.az