UEFA AVRO-2024-ün seçmə mərhələsi üzrə V turunda Azərbaycan millisi sabah Belçika yığması ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında millinin üzvü Canni De Byazi matçla bağlı fikirlərini bölüşüb:
"Sabah ağır oyun bizi gözləyir. Keyfiyyətli rəqibə qarşı oynayacağıq. FİFA reytinqində 4-cüdürlər. Səhvlər etməməliyik, rəqibə heç bir xalı hədiyyə verməməliyik. Elədiyimiz səhvləri bir daha təkrarlamamalıyıq. Belə bir deyim var ki, ümidlər son anda ölür. Oyundan əvvəl heç nəyə uduzmuram. Güclü komandaya qarşı oynayacağımızı bilirik, rahat oynamalıyıq ki, futbolçular özlərini və azarkeşləri sevindirə bilsinlər".