"Səbail" klubu Misli Premyer Liqasının 4-cü turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb:
"O qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. O, komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın. Oyuna gəlincə, bilirik ki, "Turan Tovuz" güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Başlanğıcdayıq. Əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq".