Red Bull-un təşkilatçılığı ilə keçirilən 11 Tuş turniri sona çatıb.

Offsideplus.az xəbər verir ki, Məsim Rüstəmov turnirin qalibi elan olunaraq 2000 azn pul mükafatına sahib olub.

Ümumilikdə turnirə qatılan 500 nəfərdən çox iştirakçıdan 87 nəfər final mərhələsinə adlaya bilib. Finalda müxtəlif meydançalarda yarışan 5 nəfər oyunçu individual mübarizə apararaq ən yaxşı olmağa çalışıb. Lakin onlardan yalnız bir nəfər, Məsim Rüstəmov bütün oyun boyu heç bir can itirməyərək rəqiblərindən seçilməyi və qalibiyyətə yüksəlməyi bacarıb.

“Bu təkbətək oyundur və mən ancaq özümə güvənirdim. Və bir də ki şansıma. Düşünürəm 11 Tuş oyununda şans çox vacib rol oynayır. Təbii ki, qalib gəldiyimə görə xöşbəxtəm”, - deyə Məsim Rüstəmov bildirib.

Bakı Su İdman Sarayının ərazisində keçirilən əfsanəvi 11 Tuş oyununun finalında iştirakçılar üçün 4 meydança təşkil olunmuşdu. Finala qədər 2 gün davam edən seçim mərhələlərində həm öncədən, həm də yerində qeydiyyatdan keçən oyun həvəskarları öz şanslarını sınadılar. Hakimlər tərəfindən idarə olunan 11 Tuş turnirində qaydalar bütün məhəllələrdə oynanılan eyniadlı oyunun qaydaları ilə demək olar ki eyni idi.

11 Tuş turniri ən azı 5 nəfərin oynadığı individual oyundur. Təqribən 15 dəqiqə davam edən oyunda 1 nəfər meydançanın qalibi seçilir.

WhatsApp Image 2023 07 03 at 11.34.319

WhatsApp Image 2023 07 03 at 11.34.30