17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin iyunun 2-dən 12-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.
Offsideplus.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də və 11-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Hazırlıq prosesinə dəvət olunan futbolçuar: Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Məhəmməd İmaməliyev, Sadiq Məmmədli (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov, Nihad Orucəli (hamısı “Sumqayıt”), Hikmət Cəbrayılzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı “Qarabağ”), Ümid Səlimov (“Şamaxı”), Məsud Əlişanlı (“İSM Academy”, İtaliya) və Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə)