Yayda "Qəbələ"də "ayrılıq küləyi əsəcək".

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ın mərkəz yarımmüdafiəçisi İsnik Alimi komandanın sıralarını tərk edəcək.

29 yaşlı albaniyalı futbolçu növbəti mövsüm "Qəbələ"də çıxış etmək niyyətində deyil. O, yeni müqavilə təklifinə "yox" deyib.

Bildirək ki, 2021-ci ildən əyalət klubunda top qovan Aliminin müqaviləsi bu ilin 30 iyununda sona çatır.

Offsideplus.az