"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda bu gün "Turan Tovuz"un qonağı olub.

 "Ağ-qaralar" bu görüşdə 0:4 hesablı darmadağına üzülüb. "Neftçi" azarkeşləri bu məğlubiyyətlə yanaşı, stadiona buraxılmamalarına görə də məyus olublar.

Offsideplus.az-ın məlumatına görə, paytaxt təmsilçisinin fanatları Tovuz şəhər stadionuna daxil ola bilməyiblər. Buna səbəb isə azarkeşlərdən birinin sərxoş vəziyyətdə olması olub.

Belə ki, polis əməkdaşları həmin fanata görə digər "Neftçi" azarkeşlərini də stadiona buraxmayıb.

Offsideplus.az