Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

 İlk olaraq "Neftçi" səfərdə 0:1 hesabıyla uduzduğu "Turan Tovuz"la qarşılaşacaq. Aprelin 27-də isə evdə "Səbail"ə 3:2 hesabı ilə qalib gələn "Qəbələ" "dənizçilər"lə cavab oyununa çıxacaq.

Bölgə təmsilçisinin sağ cinah vingeri Rövlan Muradov Offsideplus.az-a açıqlamasında komandası ilk oyunda qalib gəlsə də, hər iki kollektivin finala adlamaq şanslarını bərabər qiymətləndirib:

"Çox çətin oyun olacağını düşünürəm. Məncə, şanslar bərabərdir. Buna görə də, ağır oyuna köklənirik".

Xatırladaq ki, qarşılaşma saat 20:00-da başlayacaq.