"Şamaxı" klubu Misli Premyer Liqasının 31-ci turunda evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "şirlər"in baş məşqçisi Vüqar Əsgərli oyun haqda danışıb:
"Ötən dövrənin yüksəlişdə olan komandasına qarşı oynayırdıq. Rəqibin heyətində yaxşı futbolçular var. "Kəpəz"in sürətli, texnikalı oyunçularına qarşı layiqincə mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Amma qələbəyə yaxın idik. Futbolçularımıza təşəkkürümüzü bildiririk. Sona qədər mübarizə aparacağıq ki, gənc, istedadlı gənclərimizi Premyer Liqada saxlayaq. Azarkeşlərimiz də oyuna gəlmişdi. Onlara təşəkkür edirəm. Ev oyunlarında bizi tək qoymasınlar, sayları çox olsun. Çünki komandamız Premyer Liqada qalmağa layiqdir".