19 yaşadək futbolçulardan ibarət qadınlar üzrə Azərbaycan millisinin üzvü Tuğba Nur Bozkurt yığmadakı karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 18 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
"Bir dövrün daha sonuna gəldik. Azərbaycan millisində olmaqdan, bu bayraq altında forma geyinməkdən qürur duyuram. Həyatıma yaxşı və ya pis çox şey qatdı. Mənim üçün bitməyini istəmədiyim bir serialın sezonu kimi idi, lakin hər şey bitdi. Başda Həbib, Vüqar, Zamir hoca olmaqla, üzərimdə əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Yaxşı ki, siz".