Azərbaycan millisinin və "Sabah" klubunun yarımmüdafiəçisi Elvin Camalov Polşa klubuna keçə bilər.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu Ekstraklasa təmsilçisi "Poqon"dan təklif alıb.
Bununla yanaşı, Polşa çempionatında mübarizə aparan daha iki klub Camalovun xidmətində maraqlıdır.
Qeyd edək ki, təcrübəli futbolçunun "bayquşlar"la müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitir.
Əlavə edək ki, indiyədək Azərbaycan yığmasının daha iki üzvü - Mahir Emreli ("Legiya") və Anton Krivotsyuk ("Visla Plotsk") Polşa çempionatında çıxış edib.
Offsideplus.az