13 aprel saat 10:00-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazi iclas zamanı İcraiyyə Komitəsinə hesabat verəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.