“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin iştirakıyla Misli Premyer Liqasının 29-cu turunda “Sabah”la (2:1) oyundan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini açıqlamadan öncə üzünü jurnalistlərə tutaraq belə deyib:
“İlk dəfə olaraq mənim sizə sualım var. Sizcə, belə futbol oynayan komanda Premyer Liqada qalmağa layiqdir, ya yox?”
Media nümayəndələrindən birinin “Bir oyuna görə?” cavabından sonra isə Diniyev “Qəşəng cavab idi, oturdum yerimdə...” deyərək, matçla bağlı fikirlərini bölüşüb.