Sabah Misli Premyer Liqasında 29-cu tur başlayacaq.

 Offsideplus.az xəbər verir ki, 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Şamaxı" "Turan Tovuz" səfərinə yollanacaq.

Şamaxılıların 25 yaşlı yarımmüdafiəçisi Əli Səmədov saytımıza açıqlamasında bu oyundan gözləntilərini bölüşüb:

"Oyuna ciddi hazırlaşmışıq. Bilirik ki, qazanılacaq hər xal bizüm üçün çox vacibdir. "Turan Tovuz"la matçda qələbə qazanmağa çalışacağıq. Mümkün qədər xal toplayıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".

Xatırladaq ki, aprelin 9-da keçiriləcək oyun saat 16:00-da başlayacaq. Görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Daşqın Əziz