Bu gün qadın futbolçulardan ibarət Azərbaycan U-17 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada Monteneqro ilə qarşılaşıb. Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.
Beləliklə, 2-ci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub. Azərbaycan millisi bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2).