AFFA "Qarabağ"ın futbolçusu Abdullah Zubiri milliləşdirməyi planlaşdırır.
Offsideplus.az Fanat.Az-a istinadən xəbər verir ki, futbolçu bu il Azərbaycanda oynamasının 5 ilini tamamlayacaq. 31 yaşlı oyunçu da yığmanın formasını geyinməyin əleyhinə deyil. Hazırda bu yöndə konkret addım atılmasa da, xüsusi nəsə baş verməsə, Mərakeş əsilli fransalını milli formada görəcəyik.
Qeyd edək ki, Zubir 2018-ci ilin iyunundan "Qarabağ"ın formasını geyinir.