"Turan Tovuz" klubunun futbolçusu Şəhriyar Əliyev qərb təmsilçisi ilə yeni müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Peşəkar rəhbərlik və baş məşqçi, eləcə də komanda ilə nəfəs alan azarkeş amilinə görə buraya ilk gəldiyimdə də tərəddüd etməmişdim. Fikrimcə qısa müddət ərzində özümüz haqqında müsbət fikir formalaşdıra bilmişik. Mövsümün sonuna hələ xeyli oyun var, mümkün qədər çox xal toplamağa çalışacağıq. Kubokda da mübarizəmizi davam etdiririk. Daha bir il burada olacağıma görə xoşbəxtəm. Ümid edirəm ki, çıxışımızla azarkeşlərimizi sevindirəcəyik və uzun müddət bu formanı geyinmək, bu forma altında uğurlar qazanmaq mənə nəsib olacaq”.
Qeyd edək ki, Ş.Əliyevlə yeni müqaviləyə əsasən, o, 2023/24-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.