“Qarabağ”ın futbolçusu Ramil Şeydayevə daha bir "elçi" var.
Offsideplus.az Macarıstan mətbuatına istinadla xəbər verir ki, sözügedən ölkənin "Ferentsvaroş" klubu 27 yaşlı hücumçunu cari mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Şeydayevə “Neftçi” və Rusiyanın 2 klubundan da təklif var.
Xatırladaq ki, “Ferentsvaroş” bu qış fasiləsində “Qarabağ”dan Kvabena Ovusunun heyətinə qatıb.